Azərbaycan millisi daha əvvəl İrlandiyaya (73:91) və İsveçrəyə (33:84) də uduzub. Beləliklə, yığmamız seçmə mərhələdə keçirdiyi hər üç oyunda məğlub olub

Qadın basketbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib. Matc.az xəbər verir ki, III tur çərçivəsində İslandiya yığmasının qonağı olan komandamız ağır məğlubiyyətlə üzləşib.

Qarşılaşma meydan sahiblərinin 129:41 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl İrlandiyaya (73:91) və İsveçrəyə (33:84) də uduzub. Beləliklə, yığmamız seçmə mərhələdə keçirdiyi hər üç oyunda məğlub olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest