Macarıstanda Viktor Orbanın hakimiyyəti dövründə futbola ayrılan dövlət vəsaitləri yenidən müzakirə mövzusuna çevrilib. Matc.az xəbər verir ki, əvvəlki maliyyələşdirmə sistemi çərçivəsində futbol klublarına təxminən 677 milyard forint (2,07 milyard dollar) yönəldilib. 
 
Yeni hökumət bu sistemin ləğvini və maliyyə şəffaflığının artırılmasını planlaşdırır. Bəzi klublar artıq alıcı axtarır, digərləri isə futbolçuların maaşlarını azaltmağa hazırlaşır. 
 
“Ferensvaroş” rəhbərliyi isə hökumətin dəyişikliklərini idmanın müstəqilliyinə müdaxilə kimi qiymətləndirib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest