Azərbaycan yığmasının Polşa çempionatındakı təmsilçilərinin sayı artacaq. Mahir Emrelinin çıxışından məmnun olan “Rakuv” daha 3 həmyerlimizi hədəfə alıb. Matc.az xəbər verir ki, Toral Bayramovla bağlı yayılan xəbərlər boşuna deyil. “Rakuv” qış fasiləsində onu “Bursaspor”dan icarəyə götürmək, mövsümün sonunda isə birdəfəlik transfer etmək niyyətindədir. Türkiyə klubu da bunun əleyhinə deyil. Qarşıdakı günlərdə danışıqlar prosesi intensivləşəcək.
 
Polşalıların hədəfindəki digər oyunçular isə Abdulla Xaybullayev və Rəhman Daşdəmirovdur. “Sabah”ın oyunçuları da Mahirə komanda yoldaşı olmağa yaxındır. Paytaxt klubunun heyətində daimi yer qazana bilməyən cütlük transferin əleyhinə deyil. “Sabah”la razılaşmaq mümkün olsa, onlar da Avropaya köçəcək.
 
“Bayquşlar” Çempionlar Liqasında mübarizəyə davam etdiyi üçün onları qışda itirmək istəmir. Ölkə çempionu yalnız yayda bu keçidlərə razılıq verə bilər. “Rakuv” isə mövsümün qallan hissəsi üçün güclənməyə ehtiyac duyur və rəsmi təklif göndərərkən israr edəcək. Oyunçular klubu razı sala bilsə, yeni ilin ilk günlərində legioner həyatına başlayacaqlar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest