“Arsenal”ın təklif etdiyi illik 60 min avrodan imtina etdim. Klubumu pulsuz tərk etmək istəmirdim. Heç vaxt sırf pula görə müqavilə imzalamamışam”. Matc.az xəbər verir ki, bunu “Yuventus”un və İtaliya millisinin sabiq müdafiəçisi Corco Kyellini deyib. 
 
Karyerasının əvvəlində “Arsenal”a keçmək fürsətindən imtina etməsinin səbəbini açıqlayan Kyellini bildirib ki, 16 yaşında London klubundan aldığı sərfəli təklifə baxmayaraq, doğma komandası “Livorno”da qalmağa üstünlük verib.
 
Onun sözlərinə görə, həmin vaxt “Arsenal”ın akademiyasına rəhbərlik edən Liam Breydi onunla maraqlanıb və futbolçuya 1999/2000 mövsümündə illik təxminən 60 min avro məvacib təklif olunub:
 
“16 yaşımda “Arsenal”la müqavilə imzalamağa hazır idim. Klubdan təklif almışdım və bu, o dövr üçün kifayət qədər böyük məbləğ idi. Ancaq təklifi qəbul etmədim. Açığı, bu qərarı niyə verdiyimi özüm də tam izah edə bilmirəm. Belə bir fürsətdən imtina etmək məntiqli görünmürdü. Lakin klubumu təzminat ödənilmədən tərk etmək istəmirdim. Nəticədə “Livorno” ilə ildə 1000 avrodan da az məbləğə müqavilə imzaladım. Ora mənim evim idi, orada böyümüşdüm. Öz-özümə hələ getməyə ehtiyac olmadığını dedim”.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest