"...yoxsa ona böyük məbləğdə pul ödənildi? Mənim üçün bu, sadəcə bir farsdır"

“Ronaldinyonun bu yaxınlarda etdiyi hərəkət mənə iyrənc tamaşa kimi göründü. 46 yaşında və belə fiziki formada meydana çıxmağın mənasını başa düşə bilmirəm”. Matc.az xəbər verir ki, bunu italiyalı veteran futbolçu Antonio Kassano deyib. 
 
O, braziliyalı əfsanə Ronaldinyonun “Ravenna”nın heyətində meydana çıxmasını sərt tənqid edib. Sabiq “Milan” hücumçusu onun futbolçu kimi qazandığı uğurlara böyük hörmət bəslədiyini desə də, hazırkı fiziki vəziyyətində rəsmi oyunda iştirak etməsini yolverilməz hesab edib.
 
“Ronaldinyoya həm insan, həm də futbolçu kimi böyük hörmətim var. Onu Messi, Maradona, Ronaldo və bəlkə də Pele ilə birlikdə bütün dövrlərin ən yaxşı beş oyunçusundan biri sayıram. Möhtəşəm karyerası olub, qazanıla biləcək hər şeyi qazanıb. İstedadı misilsizdir. Amma bunu niyə etdiyini anlaya bilmirəm. Klub prezidenti Çipriani ilə münasibətlərinə görə meydana çıxdı, yoxsa ona böyük məbləğdə pul ödənildi? Mənim üçün bu, sadəcə bir farsdır” – deyə, Kassano bildirib.
 
Qeyd edək ki, Ronaldinho İtaliya üçüncü divizionunda “Forli”yə qarşı keçirilən və “Ravenna”nın 2:0 hesablı qələbəsi ilə başa çatan matçda start heyətində yer alıb. Braziliyalı ulduz ilk hissədə oynayıb, komandasının qol vurduğu hücumda iştirak edib və fasilədən sonra əvəzlənib. 
 
Xatırladaq ki, Ronaldinhonun “Ravenna” klubunda pay sahibi olduğu da bildirilir.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest