“Son iki ildə 80-90-dan çox qol vuran, hazırda isə “Real” forması ilə 100 qola çatan futbolçuya mənim işimi görməsini deməliyəm? Bu, heç bir məntiqə sığmır”. Matc.az xəbər verir ki, bunu Madrid “Real”ının müdafiəçisi Antonio Rüdiger deyib. 
 
O, komanda yoldaşı Kilian Mbappenin müdafiə olunmasına töhfə verməməsi ilə bağlı tənqidlərə münasibət bildirib.
 
Almaniyalı futbolçunun sözlərinə görə, Mbbapenin əsas vəzifəsi qol vurmaqdı: “Tarixə nəzər salın. Qaret Beyl, Kərim Benzema və Kriştiano Ronaldo komandada çıxış edərkən vəziyyət necə idi? Onların qazandıqları uğurlara baxın. Hər dəfə bu futbolçuların müdafiədə nə qədər iştirak etdikləri barədə danışmağa ehtiyac yoxdur”.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest