İtaliyanın “Torino” klubunda koronavirus infeksiyasına yoluxma faktı aşkarlanıb.
 
Matc.az xəbər verir ki, bu barədə A seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
A Seriyası çərçivəsində “İnter”lə keçiriləcək oyundan öncə komandadan test götürülüb və iki futbolçuda nəticə pozitiv çıxıb. Adları açıqlanmayan hər iki oyunçunun milli komandadan döndüyü və karantinə alındığı bildirilib. Bir müddət əvvəl baş məşqçi Marko Campaolo da koronavirusa yoluxub.
 
Qeyd edək ki, “Torino” noyabrın 22-də A seriyasının 8-ci turu çərçivəsində səfərdə “İnter”lə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest