Avropa Liqasında qrup mərhələsinin sonuncu - 6-cı turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu açıqlanıb.
 
Matc.az xəbər verir ki, bu ada Almaniyanın "Bayer" klubunun hücumçusu Leon Beyli layiq görülüb.
 
Yamaykalı forvard evdə çexiyanın "Slaviya" klubuna 4:0 hesabı ilə qalib gəldikləri matçda dubl edib.
 
Qeyd edək ki, həftənin ən yaxşısı adına Almaniya "Hoffenhaym"ında çıxış edən Maksimilian Beyer, Rusiyanın çSKA (Moskva) klubundan Ali Soye və İngiltərə "Tottenhem"indən Covani Lo çelso da namizəd idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest