Qurbanovun geriləməsindən sonra onunla “Neftçi”nin italiyalı baş məşqçisi Roberto Bordin arasında fərq 500 pilləyə bərabər olub.

Məşqçilərin növbəti dünya reytinqi açıqlanıb. Matç.az xəbər verir ki, hər həftə açıqlanan cədvəldə Topaz Premyer Liqasında çalışan 2 mütəxəssis də yer alıb.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov 461-ci pilləyə enib. Hesabında 1073 xal olan 46 yaşlı mütəxəssis 3 pillə geriləyib.

Qurbanovun geriləməsindən sonra onunla “Neftçi”nin italiyalı baş məşqçisi Roberto Bordin arasında fərq 500 pilləyə bərabər olub. Mövqeyini qoruyan legioner məşqçi 123 xalla 961-cidi.

Qeyd edək ki, cədvələ “Barselona”nın baş məşqçisi Ernesto Valverde başçılıq edir – 14 min 840 xal.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest