Avropa ölkələrinin çempionatlarında ən çox qol vuran futbolçu üçün təsis edilən “Qızıl buts” mükafatı uğrunda mübarizənin liderləri müəyyənləşib. Matç.az saytı xəbər verir ki, hazırda siyahıda “yaz-payız” sistemi ilə keçirilən çempionatların təmsilçiləri çoxluq təşkil edir.

Bu da onunla bağlıdı ki, başa çatan liqaların oyunçuları daha çox matç keçirib. Elə buna görə də Estoniyada 31 qol vuran Liliu 1-ci yerdədisə, ondan bir top az vuran Beqlaraşvili ikinciliyin şəriklərindəndi.

“Payız-yaz” sistemi ilə keçirilən çempionatlarında çıxış edənlərdə ikisi liderin izləyiciləri sırasındadı. Bunlar “Barselona”dakı 15 qolla 30 xal toplayan Messi və Türkiyə Superliqasında daha çox 20 dəfə fərqlənən Diaqnedi. “Kasimpaşa”lı da 30 xala malikdi.

Messi və Diaqne kimi ilk “onluq”da yer alan daha 2 futbolçu davam edən liqalarda fərqlənib. Bu da onların hər biri qol hesabını artırmaq imkanına malik olması deməkdi.

yer

futbolçu

klubu

qol

əmsal

xal

1

Liliu

Kalyu, Estoniy

31

1.0

31.0

2-5

Diaqne

Kasımpaşa, Türkiyə

20

1.5

30.0

 

Beqlarişvili

Flora, Estoniya

30

1.0

30.0

 

Paulinyo

Haken, İsveç

20

1.5

30.0

 

Messi

Barselona, İspaniya

15

2.0

30.0

6

Hoban

Dandalk, İrlandiya

28

1.0

28.0

7-10

Skov

Kopenhagen, Danimarka

18

1.5

27.0

 

Hallenius

Sandvall, İsveç

18

1.5

27.0

 

Debelko

Levadiya, Estoniya

27

1.0

27.0

 

Komliçenko

Mlada, Çexiya

18

1.5

27.0

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest