1990-cı il qanlı Yanvar faciəsindən 29 il ötməsinə baxmayaraq, bu tarix xalqımızın qan yaddaşına əbədi həkk olunub. Şəhidlərimizin əziz xatirəsinə ehtiramını bildirmək üçün hər il insan axını Şəhidlər xiyabanına üz tutur. Bu il də yüz minlərlə insan şəhidlərimizi yad etdi.

Bu gün Azərbaycan Cüdo Federasiyasının rəhbərliyi və kollektivi də Qanlı Yanvar faciəsində şəhid olanların əziz xatirəsini ehtiramla yad etdilər. Məşqçilər, idmançılar, eləcə də cüdo ictimaiyyətinin nümayəndələri Şəhidlər xiyabanını ziyarət edib, məzarlar üzərinə gül dəstələri qoydular.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest