Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 11-ci tura yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə bir görüş baş tutub.

Uğurlu mövsüm keçirən və lider "Qarabağ"ın əsas izləyicisi olan "Qəbələ" "Sumqayıt"ı qəbul edub. üç qolun qeydə alındığı matç meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Xatırladaq ki, turun digər oyunlarında "Qarabağ" "Keşlə"yə (1:0), "Zirə" "Səbail"ə (3:1), "Sabah" isə "Neftçi"yə (2:1) qalib gəlib.

Azərbaycan Premyer Liqası
11-ci tur
21 noyabr

"Qəbələ" – "Sumqayıt" 2:1
Qol: ü.İsgəndərov, 65. R.Utziq, 67 – H.Haqverdi, 80.
Qırmızı vərəqə: V.Hüseynov, 84.
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Vüsal Məmmədov, Tural Qurbanov.
Qəbələ şəhər stadionu, 16:00.

Qəbələ: 94. Nicat Mehbalıyev, 19. Rövlan Muradov, 11. Asif Məmmədov (k), 28. Murad Musayev, 27. Məqsəd İsayev, 34. ürfan Abbasov, 8. Stefan Vukçeviç, 23. Rafael Utziq, 5. İsnik Alimi, 4. Ruan Renato, 10. Omar Hani.
Ehtiyat oyunçular: 36. Elməddin Sultanov, 14. ülvi İsgəndərov, 6. Kamal Mirzəyev, 77. Emil Səfərov, 33. Hüseyn Mürsəlov.
Baş məşqçi: Elmar Baxşıyev.
Sumqayıt: 1. Tərlan Əhmədli, 3. Vurğun Hüseynov (k), 18. Süleyman Əhmədov, 6. Vüqar Mustafayev, 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 9. Əli Qurbani, 4. Höccət Haqverdi, 74. Yusif Nəbiyev, 5. Camaləddin Xocaniyazov, 8. Səbuhi Abdullazadə.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 71. Hüseynəli Quliyev, 30. Nəbi Məmmədov, 2. Dmitro Nağıyev, 23. Səid Rza, 19. Xəzər Mahmudov, 11. Rüfət Abdullazadə, 27. Nihad Ağayev, 98. Emil Əliyev.
Baş məşqçi: Ayxan Abbasov.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest