Futbol üzrə İspaniya kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir. Matc.az xəbər verir ki, bu gün iki qarşılaşma baş tutub.
 
Əvvəlcə "Valensiya" səfərdə aşağı liqa təmsilçisi "Atletiko" (Baleares) ilə qarşılaşıb. Minimal hesabla qalib gələn La Liqa təmsilçisi sürprizə imkan verməyib.
 
"Betis" isə "Sevilya"nı qəbul edib. Əslində bu matç bir gün öncə baş tutmuşdu. Lakin ilk hissənin sonlarında "Betis" azarkeşlərinin meydana atdığı kənar əşyalardan biri qonaq komandanın yarımmüdafiəçisi Joan Jordanın başından xəsarət alması ilə nəticələnib. Hakim dərhal futbolçuları meydandan çıxarıb və oyunu davam etdirmək istəməyib. Müzakirələrdən sonra oyun bu gün qaldığı (1:1) yerdən, lakin azarkeşlərin iştirakı olmadan davam etdirilib. Meydan sahibləri daha bir qol vurmaqla qələbə qazanıblar və "Sevilya"nı mübarizədən kənarlaşdırıblar.
 
İspaniya kuboku
1/8 final
15 yanvar
 
Sportinq (Xixon) – Kadis 0:0 (penaltilər 2:4)
 
Jirona – Rayo Valyekano 1:2
Qol: Bernardo, 26 – S.Qvardiola, 45+1; 48.
 
Malyorka – Espanyol 2:1
Qol: Kubo, 32. Prats, 60 – Puado, 62.
 
16 yanvar
 
Atletiko (Baleares) – Valensiya 0:1
Qol: M.Andre, 1.
 
Betis – Sevilya 2:1
Qol: N.Fekir, 39. Kanales, 73 – P.Qomes, 35.
 
19 yanvar
 
00:00. Real Sosyedad – Atletiko (Madrid)
 
20 yanvar
 
22:00. Elçe – Real
00:30. Atletik – Barselona
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest