Аzərbaycan triatlonçusu Rostislav Pevtsov Portuqaliyanin Koimbra şəhərində keçirilən Avropa kubokunda 5-ci olub. Matc.az xəbər verir ki, təmsilçimiz 62 idmançının mübarizə apardığı yarışı 50 dəqiqə 48 saniyəlik nəticə ilə başa vurub.
 
Pevtsov 750 metrlik su məsafəsini 9 dəqiqə 6 saniyəyə qət edib. Ardınca idmançımız 20 kilometrlik velodistansiyanı 24 dəqiqə 59 saniyəyə başa vurub. Nəhayət, yarışların sonuncu mərhələsi - 5 kilometrlik qaçış zolağını təmsilçimiz 15 dəqiqə 06 saniyə nəticə ilə tamamlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest