Fransa çempionatında 5-ci tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutub.

Səfərdə "Oser"lə qarşılaşan Marsel "Olimpik"i 3 xalı 2 cavabsız qolla qazanıb. Lion "Olimpik"i isə doğma meydanda "Anje"ni 5 cavabsız qolla üstələyib.

Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu "Qarabağ"ın rəqiblərindən olan "Nant" öz meydanında PSJ ilə üz-üzə gəlib. Son ölkə çempionu olan Paris təmsilçisi bu oyunda 3 cavabsız qola sevinib.

Fransa, Liqa 1
6-cı tur
3 sentyabr

Oser - Olimpik (Marsel) 0:2
Qol: Jerson, 8. Sançes, 84.

Olimpik (Lion) - Anje 5:0 
Qol: Toko-Ekambi, 31; 59. Lyakazett, 38. Lyukeba, 62. Dembele, 88.

Nant - PSJ 0:3
Qol: Mbappe, 18; 54. Mendeş, 68. 

4 sentyabr

15:00. Monpelye - Lill
17:00. Ayaçço - Loryan 
17:00. Brest - Strasburq
17:00. Klermon - Tuluza
17:00. Reyms - Lans
19:05. Trua - Renn
22:45. Nitsa - Monako

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest