Avropa Liqasının qrup mərhələsində iştirak edən və formada olan komandaların siyahısı açıqlanıb. Matc.az turnirin sosial şəbəkə hesablarına istinadən xəbər verir ki, "10-luq"da Azərbaycan təmsilçisi "Qarabağ" da yer alıb.
 
Son 4 matçda qələbə qazanan "köhlən atlar" birinci pillədə göstərilib.
 
Siyahı yerli çempionat və Avroliqadakı matçların nəticələrinə əsasən tərtib olunub. "Köhlən atlar" keçirdiyi son 5 qarşılaşmanın 4-də qələbə qazanıb, 1-də isə məğlub olub.
 
Xatırladaq ki, "Qarabağ" oktyabrın 6-da Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda Yunanıstanda "Olimpiakos"un qonağı olacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest