06 İyul 2026, 02:47
FUTBOL
Norveç milli komandasının hücumçusu Erlinq Haland Braziliya yığması ilə keçirilən və Avropa təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatan oyunda FİFA tərəfindən matçın ən yaxşı oyunçusu seçilib.
Matc.az xəbər verir ki, bu qarşılaşmada dubla imza atan Haland komandasının sensasiyalı şəkildə 1/4 final mərhələsinə yüksəlməsinə kömək edib.
Cari dünya çempionatında keçirdiyi 4 matçda artıq 7 qol və 1 məhsuldar ötürməni aktivinə yazdıran Erlinq bombardirlər yarışına liderlik edir.
Qeyd edək ki, 1/4 finala adlayan Norveç yığması bu mərhələdə İngiltərə – Meksika cütlüyünün qalibi ilə qarşılaşacaq.













