Norveç milli komandasının hücumçusu Erlinq Haland DÇ-2026-nın 1/8 final mərhələsində Braziliya yığması ilə keçirilən oyunda (2:1) dubla imza atıb. Bununla da Haland XXI əsrdə özünün ilk dünya çempionatında iştirak etdiyi hər dörd qarşılaşmanın hər birində qol vurmağı bacaran ilk avropalı futbolçu olub.

Matc.az xəbər verir ki, bu barədə "Squawka" statistik portalı məlumat yayıb.

Əvvəllər oxşar nailiyyətə 1998-ci ildə italyan hücumçu Kristian Vyeri imza atıb.

Cari dünya çempionatının qrup mərhələsində İraqa 2 qol vuran (4:1) Erlinq Seneqalla görüşdə də (3:2) dublla yadda qalıb. O, Fransa ilə oyunda (1:4) isə meydanda olmayıb. Hücumçu turnirin 1/16 finalında Fil Dişi Sahilinin də qapısına yol tapmağı (2:1) bacarıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest