Azərbaycanın şahmat üzrə kişilərdən ibarət "Vüqar Həşimov" və qadınlardan ibarət "Odlar Yurdu" komandası Avstriyanın Mayrhofen şəhərində təşkil olunan Avropa kubokunda son oyunlarını keçirib. Matc.az xəbər verir ki, yeddinci turda "Vüqar Həşimov" Almaniyanın "Şahlub" kollektivi ilə üz-üzə gəlib və rəqibinə 2:4 hesabıyla uduzub. "Odlar Yurdu" isə Serbiyanın "Sirmium" komandasını məğlub edib 3:1.
 
Yekun nəticədə 10 xal toplayan "Vüqar Həşimov" 70 kollektiv arasında 10-cu, aktivində 8 xalı olan "Odlar Yurdu" 17 komanda arasında 6-cı yeri tutub.
 
Kişilərdə qalib çexiyanın "Novi Bor", qadınlarda birinci yerin sahibi Avstriyanın "Pamhagen" klubları olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest