Qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinin oyunlarının başlama saatları açıqlanıb. Matc.az saytı xəbər verir ki, C qrupunda yer alan Azərbaycan millisi Macarıstanda mübarizə aparacaq.

Yığmamız Budapeştdəki "Papp Laslo" idman arenasında baş tutacaq qrup mərhələsində meydan sahibləri ilə yanaşı, Xorvatiya, Hollandiya, Rumıniya və Estoniya ilə üz-üzə gələcək.

Komandamız müvafiq olaraq avqustun 23, 25, 26, 28 və 29-da oyun keçirəcək.

 

Avropa çempionatı

Final mərhələsi, C qrupu

23 avqust

18:00. Xorvatiya – Azərbaycan

20:30. Hollandiya - Rumıniya

23:30. Macarıstan - Estoniya

 

24 avqust

21:00. Estoniya - Xorvatiya

23:30. Rumıniya - Macarıstan

 

25 avqust

18:30. Azərbaycan - Hollandiya

21:00. Estoniya - Rumıniya

 

26 avqust

21:00. Hollandiya - Xorvatiya

23:30. Macarıstan – Azərbaycan

 

27 avqust

21:00. Hollandiya - Estoniya

23:30. Rumıniya - Xorvatiya

 

28 avqust

18:30. Azərbaycan – Estoniya

21:00. Xorvatiya - Macarıstan

 

29 avqust

18:30. Rumıniya – Azərbaycan

21:00. Macarıstan - Hollandiya

 

Qeyd: oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest