Akademik avarçəkmədə Azərbaycan yığmasının üzvü Diana Dimçenko İtaliyada təşkil olunan "Silver Skiff" beynəlxalq reqatasında gümüş medal qazanıb. Matc.az xəbər verir ki, o, 11 km-lik məsafəni 44 dəqiqə 54 saniyəyə başa vurub.
 
özündən əvvəlki rəqibindən cəmi 8 saniyə geri qalan Dimçenko finiş xəttinə ikinci çatıb. Yarışa 26 ölkədən müxtəlif yaş qruplarında ümumilikdə 623 avarçəkən qatılıb.
 
Xatırladaq ki, "Silver Skiff" ilk dəfə 1992-ci ildə Turin şəhərində keçirilib. Diana Dimçenko bu turnirə 2015-ci ildən qoşulur. O, ümumi hesabda bir dəfə, öz kateqoriyasında isə üç dəfə yarışların qalibi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest