Dekabrın 20-də güləş üzrə Azərbaycan çempionatına start veriləcək. Matc.az xəbər verir ki, Bakı İdman Sarayında keçiriləcək və dörd gün davam edəcək yarış sərbəst və yunan-Roma güləşi üzrə milli komandalara seçim xarakteri daşıyır.
 
Dekabrın 20-də saat 16:00-da turnirin açılış mərasimi keçiriləcək. Hər gün saat 10:00-da başlayacaq görüşləri beynəlxalq və milli dərəcəli hakimlər idarə edəcəklər.
 
Proqrama əsasən, dekabrın 20-21-də yunan-Roma güləşində medalçılar müəyyənləşəcək. Yarışın son 2 günündə isə sərbəst güləşçilər mübarizə aparacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest