"Komanda yoldaşlarıma, ailəmə minnətdaram. Argentina xalqı bizi gözləsin, qələbəni bir yerdə qeyd edək"

Argentinalı hücumçu Lautaro Martines Dç-2022-nin finalında Fransa millisi üzərində qələbədən sonra (3:3, penaltilər – 4:2) fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, o, kədərli, eyni zamanda xoşbəxt olduğunu deyib:
 
"Bu, heyrətamiz nəticədir. Biz ölkəmizin tarixinə adımızı yazdırdıq. Hazırda nələrin baş verdiyini tam dərk edə bilmirik. Lakin tezliklə hər şeyi başa düşəcəyik. Şəxsən mən bir az kədərliyəm. çünki dünya çempionatında istədiyim kimi oynaya bilmədim. Amma mən həm də xoşbəxtəm.
 
Biz bir komandayıq və bu uğura birlikdə nail olmuşuq. çox xoşbəxtəm. Komanda yoldaşlarıma, ailəmə minnətdaram. Argentina xalqı bizi gözləsin, qələbəni bir yerdə qeyd edək".
 
Argentina millisi Dç-2022-nin finalında Fransanı penaltilər seriyasında məğlub edərək (3:3, penaltilər – 4:2), tarixində üçüncü dəfə dünya çempionatının qalibi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest