06 Yanvar 2023, 16:24
                
                
                
                                DİGƏR 
                                
                
               
              
				  
 
	Qılıncoynatmanın sablya və şpaqa növləri üzrə gənclər arasında Azərbaycan birinciliyinə yekun vurulub. Matc.az xəbər verir ki, Azərbaycan Texniki Universitetinin İdman Sarayının qılıncoynatma zalında keçirilən turnirdə 70 iştirakçı mübarizə aparıb.
	Azərbaycan Qılıncoynatma Federasiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən yarışın mükafatçıları diplom və medallarla təltif olunublar.
	Sablya, gənc oğlanlar:
	1. Saleh Məmmədov
	2. Murad Əkbərov
	3. Abbas Hüseynov, Nurlan Zeynallı
	Sablya, gənc qızlar:
	1. Zərifə Hüseynova
	2. Əminə Rzaquluzadə
	3. Fidan Quliyeva, Valentina Zeynalova
	Şpaqa, gənc oğlanlar:
	1. Mirxətai Məmmədov
	2. Orxan Həsənli
	3. Məhəmməd Əsədullayev, Elçin Daşdəmirov
	Şpaqa, gənc qızlar:
	1. Xədicə Həsənli
	2. Nazilə Rəhimova
	3. Alfiyə Abdinova, Dilək Məmmədova
				
         	
                                             
               
 
             
 















