07 Yanvar 2023, 15:20
                
                
                
                                DİGƏR 
                                
                
               
              
				  
 
	Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət milli komandamız, Bolqarıstan, Gürcüstan və Qazaxıstan yığmalarının sablyaçıları ilə birgə Bakıda təlim-məşq toplanışındadır. Matc.az xəbər verir ki, yanvarın 4-də başlayan hazırlıq prosesi ayın 11-nə kimi davam edəcək.
	Milli komandaların üzvləri gündə 2 dəfə Azərbaycan Texniki Universitetinin İdman Sarayının qılıncoynatma zalında məşq edirlər. Təlim-məşq toplanışı 13-15 yanvarda Tunisdə keçiriləcək qran-pri turnirinə hazırlıq xarakteri daşıyır.
	Dünya reytinqində ilk sırada qərarlaşan Anna Başta, Səbinə Kərimova, Sevil Bünyatova, Palina Kaspiaroviç və Valeriya Bolşakova qran-pridə sablyaçıların şəxsi yarışında qüvvəsini sınayacaq.
				
         	
                                             
               
 
             
 















