Bu il Bakıda keçiriləcək taekvondo üzrə dünya çempionatına qeydiyyatdan keçən ölkələrin sayı açıqlanıb.
 
Matc.az xəbər verir ki, 145 ölkədən 933 idmançı qeydiyyatdan keçərək, öz iştiraklarını təsdiqləyiblər.
 
2022-ci ildə Meksikada baş tutan sonuncu çempionatda 120-dən çox ölkədən 756 idmançı qeydiyyatdan keçmişdi.
 
Yarışla bağlı Azərbaycana 2000-ə qədər qonağın gəlişi nəzərdə tutulur.
 
Xatırladaq ki, yarış 29 may – 4 iyun aralığında Bakı Kristal Zalında baş tutacaq. Giriş pulsuzdur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest