Meksikalı boksçu Saul Alvares idman tarixinə düşüb. Matç.az saytı xəbər verir ki, şimalı amerikalı peşəkar idman tarixində ən bahalı müqaviləyə imza atıb.

Saul DAZN strim-serveri ilə 365 milyon dollarlıq anlaşma əldə edib. Bir müddət əvvəl HBO ilə televiziya müqaviləsinə xitam verilən meksikalı DAZN ilə 5 il və ya 11 döyüşlük anlaşıb.  

Qeyd edək ki, Saulun müqavilə çərçivəsində ilk döyüşü dekabrın 15-də Roki Fildinqə qarşı olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest