"Samsunspor" baş məşqçisi Hüseyin Eroğlunu istefaya göndərib. Matc.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidmət məlumat yayıb.
Klub rəhbərliyi komandanın uğursuz çıxışına görə 50 yaşlı mütəxəssisi istefaya göndərib. Bu mövsüm Super Liqaya geri qayıdan "Samsunspor" turnir cədvəlində sonuncu pillədə qərarlaşıb.
Qeyd edək ki, Eroğlu 2022-ci ildən sözügedən komandanın baş məşqçisi vəzifəsini icra edir.