Baham adalarının Nassau şəhərində keçirilən gənc cüdoçular arasında dünya çempionatının 3-cü gününə start verilib. Matç.az saytı xəbər verir ki, Azərbaycan yığmasının üzvü Murad Fətiyev tatamı üzərinə çıxıb.

Lakin təmsilçimiz mundialdakı çıxışı uğursuz alınıb. 81 kq çəki dərəcəsində çıxış edən cüdoçumuz ilk mərhələdən azad olub.

O, 1/16 final görüşündə kanadalı Fransua Qatye Drappeni məğlub edib. İkinci qarşılaşmada gürcüstanlı Luka Maysuradze ilə üz-üzə gələn cüdoçumuz məğlub olaraq mübarizəni başa vurub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest