Almaniya Bundesliqasının XXIV turunda “Frayburq”la qarşılaşan “Bavariya” növbəti dəfə xal itirib. Matc.az xəbər verir ki, bu oyun münhenlilər üçün əlamətdar olub.

Belə ki, komanda Bundesliqada 2000 oyun həddinə çatan ilk komanda kimi tarixə düşüb. Münhenlilər bunun 1189-da qələbə qazanıb ki, bu baxımdan da rekordçudu. Bu müddət ərzində Almaniya nəhəngi 32 dəfə ölkə çempionluğuna yiyələnib.

Qeyd edək ki, “Frayburq”la 2:2 hesablı heç-heçə edən “Bavariya” 54 xalla ikinci pillədə yer alıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest