6 ay öncə Yaponiyada keçirilən dünya çempionatında uğursuz çıxışdan sonra səhhəti ilə bağlı məşqçilik karyerasını başa vurduğunu açıqlayan təcrübəli mütəxəssis yenidən komandanın "sükanı arxasına" qayıdıb.
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi müəyyənləşib. Matc.az xəbər verir ki, yığmamızı yenidən Faiq Qarayev çalışdıracaq.
6 ay öncə Yaponiyada keçirilən dünya çempionatında uğursuz çıxışdan sonra səhhəti ilə bağlı məşqçilik karyerasını başa vurduğunu açıqlayan təcrübəli mütəxəssis yenidən komandanın "sükanı arxasına" qayıdıb. Azərbaycan Voleybol Federasiyasında I vitse-prezident vəzifəsini daşıyan Faiq Qarayev yarım il boş qalan posta dönməklə millini növbəti uğurlara daşımağa çalışacaq.
Artıq onun adı Qızıl Avropa Liqasında iştirak üçün göndərilən sifariş ərizəsinə də daxil edilib. Təcrübəli Qarayevə köhnə komandası – Famil Ağayevlə Emin Əbilov köməklik edəcəklər.
Məşqçilər korpusunun müəyyənləşdirdiyi ərizədə 24 oyunçu yer alıb. Bunlar Ceyran İmanova, Anastasiya Qurbanova, Odina Əliyeva, Olena Həsənova, Yelizaveta Səmədova, Anastasiya Bessonova, Yana Kulan, Yekaterina Jidkova, Kristina Yaqubova, Polina Rəhimova, Ayşən Abduləzimova, Şəfaqət Alışanova, Marqarita Əzizova, Bəyaz Əliyeva, Yana Əzimova, Nərmin Fərəcova, Yuliya Kərimova, Nurhan Kazımova, Mariya Kirilyuk, Leysan Lvovkina, Nərminə Musayeva, Leyla Parşkova, Kseniya Pavlenko və Nelli Salbişvilidi.
Millinin heyətində Nurhan Kazımova debütantdı. 18 yaşlı hücumçu bunadək aşağı yaş qrupları üzrə yığmamızda forma geyinib.
Qeyd edək ki, Qızıl Avropa Liqasında yığmamız C qrupunda Finlandiya, İspaniya və Belarusla mübarizə aparacaq. ONA