22 Aprel 2024, 12:33
FUTBOL
“Aston Villa” İngiltərə Premyer Liqasında cari mövsüm tarixi nəticələr əldə edib. Matc.az xəbər verir ki, komanda son olaraq XXXIV turda “Bornmut”a 3:1 hesabı ilə qalib gəlib.
Birmingem təmsilçisi tarixində ikinci dəfə liqanın bir mövsümündə 20 qələbə qazanıb. İlk dəfə 1992-93 mövsümündə komanda bunu bacarıb. Həmin vaxt “Aston Villa” 42 görüşdə 21 qələbə ilə yadda qalıb.
1995-96 mövsümündən Premyer Liqada tətbiq edilən 20 klublu formatda isə “Aston Villa” ilk dəfə mövsüm ərzində 20 qalibiyyət əldə edib. Komandanı son turlarda “Çelsi”, “Brayton”, “Liverpul” və “Kristal Pelas”la oyunlar gözləyir.
Qeyd edək ki, “Aston Villa” hazırda 66 xalla dördüncü pillədə qərarlaşıb.