Almaniya kubokunda yarımfinal mərhələsinə start verilib. Matc.az saytının məlumatına görə, ilk finalçı artıq bəllidi.

Hamburqda şəhərin eyniadlı komandası "Leypziq"ə yenilib. 3:1 hesabı ilə qələbə qazanan qonaq komanda tarixində ilk dəfə finala vəsiqə qazanıb.

Digər finalçı bu gün keçiriləcək "Verder" – "Bavariya" oyununda bəlli olacaq. Həlledici qarşılaşma isə mayın 25-də Berlindəki Olimpiya stadionunda baş tutacaq.

 

Almaniya kuboku

Yarımfinal

23 aprel

"Hamburq" – "Leypziq" – 1:3

Yatta, 23 - Poulsen, 12; Yaniçiç, 53 (avtoqol); Forsberq, 72

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest