Azərbaycan cüdoçularının Birləşmiş Ərəb Əmirliklərinin paytaxı Əbu-Dabidə keçirilən dünya çempionatındakı çıxışı başa çatıb. Matc.az xəbər verir ki, təmsilçilərimiz turnirdəki çıxışlarını yekunlaşdırıblar.

Bu gün iki cüdoçumuz məğlubiyyətlə üzləşib. Belə ki, 90 kq çəkidə çıxış edən idmançılarımız - Elcan Hacıyev və Vüqar Talıbov 1/16 finalda uduzublar.

Qeyd edək ki, 11 cüdoçu ilə qatıldığımız dünya çempionatında təmsilçilərimizdən Hidayət Heydərov (73 kq) qızıl medal qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest