Sərbəst güləş üzrə U-20 yığmamız beynəlxalq turnirə qatılacaq. Matc.az xəbər verir ki, güləşçilərimiz “Şxireli Kuboku”nda iştirak edəcəklər.

Yarış Gürcüstanın Qori şəhərində keçiriləcək. Sabah başlayacaq turnirdə Azərbaycanı Vasif Bağırov (57 kq), Camal Abbasov (61 kq), Musa Verdiyev (65 kq), Ramik Heybətov (70 kq), Əhməd Əhmədli (74 kq), Emin Qocayev (79 kq) və Sadiq Mustafazadə (86 kq) təmsil edəcək.

Ənənəvi turnir iki gün davam edəcək. Yarışa beynəlxalq dərəcəli hakimlərimiz - Xəzər Allahverdiyev və Eldar Bayramov da yollanacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest