Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) birinci pillədəki yerlərini qoruyublar. 60 kq çəki dərəcəsində yarışan Balabəy Ağayev reytinq cədvəlində 7-cidi.

Cüdoçularımızın dünya reytinqindəki mövqeyi bəlli olub. Matc.az xəbər verir ki, yenilənən siyahıda dünya çempionları Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) birinci pillədəki yerlərini qoruyublar.

60 kq çəki dərəcəsində yarışan Balabəy Ağayev reytinq cədvəlində 7-cidi. Turan Bayramov isə 5 pillə geriləyərək 17-ci yerə düşüb. 66 kq çəkidə mübarizə aparan Yaşar Nəcəfov isə 1 pillə geriləyib və hazırda 11-ci pillədə yer alıb.

90 kq çəkidə yarışan idmançılarımızda Murad Fətiyev 13-cü, Elcan Hacıyev isə 18-cidi. Uşanqi Kokauri (+100) isə reytinq sıralamasında 17-ci yerdə qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest