Cüdoçulara böyüklərdən ibarət yığmanın böyük məşqçisi Slavko Tediç rəhbərlik edəcək.

İyunun 15-də Sloveniyada start götürəcək Avropa Kubokunda Azərbaycanın 14 cüdoçusu mübarizə aparacaq. Matc.az xəbər verir ki, yığma üzvləri 7 çəki dərəcəsində yarışacaqlar.

Podçetrtek şəhərində keçiriləcək yarışda Rövşən Əliyev, Kənan Hüseynov, Kənan İsmayılov (hamısı 60 kq), Nazir Talıbov, Rəşad Yelkiyev (66 kq), İbrahim Əliyev, Nəriman Mirzəyev, Rüfət Şövlətov, Kamran Süleymanov (hamısı 73 kq), Məhərrəm İmamverdiyev (81 kq), İbrahim Ağakişiyev (90 kq), Ruslan Nəsirli (100 kq), Camal Feyziyev və İmran Yusifov (hər ikisi +100 kq) çıxış edəcək.

Cüdoçulara böyüklərdən ibarət yığmanın böyük məşqçisi Slavko Tediç rəhbərlik edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest