27 yaşlı idmançının evində ölü tapıldığı qeyd olunub. Tsurtsumianın ölüm səbəbi hələ məlum deyil.

Gürcüstanlı yunan-Roma güləşçisi Nuqzari Tsurtsumia vəfat edib. Matc.az xəbər verir ki, bu barədə Gürcüstan Güləş Federasiyası məlumat yayıb.

27 yaşlı idmançının evində ölü tapıldığı qeyd olunub. Tsurtsumianın ölüm səbəbi hələ məlum deyil.

55 kq çəki dərəcəsində güclülərdən olan Tsurtsumia azərbaycanlı pəhləvan Eldəniz Əzizlinin də əsas rəqiblərindən sayılıb.

Qeyd edək ki, mərhum idmançı 2019-cu ildə keçirilən dünya çempionatının qızıl mükafatçısı olub. Karyerasında dünya çempionatlarının 1 gümüş, 2 bürünc medalına da sahib olan Nuqzari 1 dəfə Avropa çempionatının gümüş, 3 dəfə isə bürünc mükafatını da əldə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest