“Kəpəz”də daha bir ayrılıq reallaşıb. Matc.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, müdafiəçi Vurğun Hüseynov komanda ilə vidalaşıb. 36 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Hüseynov bununla karyerasını başa vurub.

Qeyd edək ki, Vurğun Hüseynov vaxtilə Azərbaycan millisinin də formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest