17 Sentyabr 2024, 15:22
FUTBOL
Daha bir tanınmış futbolçu karyerasını Yunanıstanda davam etdirəcək. Matc.az xəbər verir ki, bu dəfə hücumçu Antoni Marsial Superliqa klubu AEK-lə anlaşıb.
Fransalı forvard Afina təmsilçisi ilə 3 illik müqaviləni razılaşdırıb. 28 yaşlı futbolçu gün ərzində yunanlarla münasibətləri rəsmiləşdirəcək. “Mançester Yunayted”dən yay fasiləsində ayrılan Marsial yeni komandasına azad agent kimi keçib.
Qeyd edək ki, ötən gün “Liverpul”un sabiq müdafiəçisi Deyan Lovren Yunanıstanın PAOK klubuna keçib.