Futbol üzrə Azərbaycan II Liqasında III turun oyunları davam edir.

Matc.az xəbər verir ki, ikinci oyun günündə daha üç qarşılaşma baş tutub.

"Hypers Quba" "Lerik"i darmadağın edib. "Saatlı-Araz" səfərdə "Ağdaş" üzərində minimal hesablı qələbə qazanıb. "Şahdağ Qusar" isə ev oyununda "Şimal"a qalib gəlib.

Qeyd edək ki, tura sabah baş tutacaq "Şəfa" – "Kür-Araz" matçı ilə yekun vurulacaq.

II Liqa
III tur
17 sentyabr

"Ağdaş" – "Saatlı-Araz" - 0:1
Qol: Elariz Xəlilli, 78
Qırmızı vərəqə: Vasif Nəsirov, 34 ("Ağdaş")

"Şahdağ Qusar" – "Şimal" - 2:1
Qollar: 
Tural Qurbatov, 38, Ədilxan Qarəhmədov, 80 (pen) - Pirverdi Seyidov, 20

"Hypers Quba" – "Lerik" - 6:0
Qollar: 
Cavid İmamverdiyev, 11, 73, Nurlan Novruzov, 40, 63, Ramil Əhmədov, 42, Nail Təhməzli, 80

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest