Bu gün Rusiyada kişi boksçular arasında “Sankt-Peterburq qubernatorunun kuboku” adlı beynəlxalq turnir start götürəcək. 5 gün davam edəcək ənənəvi yarışda Azərbaycan yığması da iştirak edəcək.

Bu gün Rusiyada kişi boksçular arasında “Sankt-Peterburq qubernatorunun kuboku” adlı beynəlxalq turnir start götürəcək. Matc.az-ın Azərbaycan Boks Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, 5 gün davam edəcək ənənəvi yarışda Azərbaycan yığması da iştirak edəcək.

Komandamızın baş məşqçisi Vaqif Şirinov turnirdə Rüfət Hüseynov (49 kq), Məsud Yusifzadə (52 kq), Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq), Bəxtiyar Qazıbəyov (64 kq), Elnur Süleymanov (69 kq), Rauf Rəhimov (81 kq), Rahil Məmmədli (91 kq) və Məhəmməd Abdullayevə (+91 kq) şans verəcək.

Qeyd edək ki, Sankt-Peterburqda 10-cu dəfə keçiriləcək yarış “M-1 Arena”da baş tutacaq. Turnirdə 17 ölkənin iştirakı gözlənilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest