10 Oktyabr 2024, 15:35
FUTBOL
"Atletiko Mineyro"nun hücumçusu Halk XXI əsrdə klubun ən yaxşı bombardiri olub. Matc.az xəbər verir ki, təcrübəli futbolçu Braziliya çempionatının 6-cı turunda "Qremio"ya qalib gəldikləri (2:1) oyunda 113-cü qoluna imza atıb.
Nəticədə 38 yaşlı Halk həmyerlisi Dieqo Tardellinin (112 qol) rekordunu qırıb.
Qeyd edək ki, Halk 2021-ci ildən "Atletiko Mineyro"nun formasını geyinir.