19 Noyabr 2024, 21:40
                
                
                
                                DİGƏR 
                                
                
               
              
				 
 
Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadiy Dvorkoviç Azərbaycana səfər edib.
Matc.az xəbər verir ki, o, Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün Bakıya gəlib.
FİDE-nin rəhbəri səfər çərçivəsində Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayevlə görüşüb.
Görüş zamanı idmanın insanları iqlim böhranı ilə mübarizədə birləşdirəcək gücə malik olduğu bildirilib.

            
 










