"Vest Hem"in 21 yaşlı müdafiəçisi El-Haci Malik Diuf karyerasını İngiltərə Premyer Liqasında çıxış edən başqa bir klubda davam etdirəcək. Seneqallı futbolçu "Brentford"a transfer olunub.

Matc.az xəbər verir ki, bu barədə jurnalist Ben Ceykobs məlumat yayıb.

Bildirilir ki, tərəflər arasında daha bir mövsüm uzadılma variantı olmaqla 5 illik müqavilə imzalanıb. Sövdələşmənin maliyyə detallarına gəlincə, transfer məbləği 35 milyon funt-sterlinq təşkil edib.

Bundan əlavə, "Vest Hem" bonuslar şəklində daha 5 milyon funt-sterlinq qazana bilər.

Diuf İngiltərə Premyer Liqasının ötən mövsümündə 32 matçda meydana çıxıb və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest