28 Avqust 2026, 16:24
FUTBOL
"Atletiko"nun baş məşqçisi Diyeqo Simeone "Barselona"ya keçmək istəyən və məşqlərə qatılmayan hücumçusu Xulian Alvares ilə gələcək münasibətləri barədə danışıb.
Matc.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.
"Madrid klubu hücumçusunu birbaşa rəqibinə buraxmaq niyyətində olmadığını bəyan edib və Simeone futbolçu komandaya qayıdacağı təqdirdə münasibətləri düzəltməyə hazır olduğunu bildirib:
"Xulian Alvares komandaya qayıdanda özünü vacib futbolçu kimi hiss etməsi üçün ona lazım olan hər şeyi verəcəyik. Xulian mövcud vəziyyəti düzəldə bilərmi? Həyatda cansağlığı varsa, hər şeyi dəyişmək mümkündür", - deyə Simeone açıqlama verib.












