Azərbaycanın daha üç idmançısının Fransanın paytaxtı Parisdə keçirilmiş Yay Olimpiya Oyunlarında qazandığı medallar keyfiyyətini itirib.
Matc.az xəbər verir ki, bu barədə "Report"a Milli Olimpiya Komitəsindən məlumat verilib.
Cüdo üzrə Olimpiya çempionu Hidayət Heydərov və sərbəst güləşdə fəxri kürsünün üçüncü pilləsinə qalxan Maqomedxan Maqomedovun medalları istisna olmaqla, digər 5 idmançımızın mükafatları yararsız hala düşüb.
Belə ki, cüdo üzrə digər Olimpiya çempionumuz Zelim Kotsoyev, gümüş mükafat qazanan boksçu Alfonso Dominqes və bürünc medal əldə edən sərbəst güləşçi Giorgi Meşvildişvilinin medalları keyfiyyətini itirib.
Qeyd edək ki, daha əvvəl taekvondoçu Qaşım Maqomedovla yunan-Roma güləşçisi Həsrət Cəfərovun medalları yararsız hala düşmüşdü.