İstanbulda Karate1 Seriya A turniri keçirilib. Matc.az saytı xəbər verir ki, yığmamızın üzvü İrina Zaretska qonşu ölkədə medal qazanıb.

68 kq çəki dərəcəsində mübarizə aparan Zaretska finalda monteneqrolu Marina Rakoviçə 2:4 hesabı ilə məğlub olaraq, gümüş mükafata yiyələnib.

Qeyd edək ki, Karate1 Seriya A turnirində 102 ölkədən 1813 karateçi iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest