Fransa yığmasının sabiq hücumçusu Tyerri Anri açıqlama verib. Matc.az xəbər verir ki, o, keçmiş komandası “Barselona”da çıxış edən Rafinya haqda danışıb.

Anri braziliyalı futbolçunun “Qızıl top” mükafatına namizəd olmaq şanslarından bəhs edib: “Şəxsən mənə görə, Rafinya hazırda hamını qabaqlayır. Çempionlar Liqasında 11 qola imza atıb. Düzdü, Məhəmməd Salah, Harri Keyn, Osman Dembele kimi başqa namizədlər də var. Çempionlar Liqasının qalibi olursansa, bu mükafatı qazanmaq şansın var. Rafinya indi ən yaxşı formasındadı”.

Qeyd edək ki, Rafinya cari mövsümdə ümumilikdə 41 oyunda 27 qol və 19 assist ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest