13 Mart 2025, 14:48
FUTBOL
Massimiliano Alleqri yenidən “Milan”ın baş məşqçisi ola bilər. Matc.az xəbər verir ki, təcrübəli mütəxəssis “rossonyerlər”in sükanı arxasına keçməyə hazırdı.
O, komandanın hazırkı heyəti ilə böyük uğurlar qazanacağına inanır. Sonuncu dəfə “Yuventus”u çalışdıran 57 yaşlı məşqçi hazırda işsizdi. “Milan” isə Serjio Konseysaonun rəhbərliyi altında heç də uğurlu çıxış etmir. Komanda hazırda A Seriyasında 9-cu pillədə qərarlaşır.
Qeyd edək ki, Massimiliano Alleqri 2010-2014-cü illərdə “Milan”ı çalışdırıb.